80-ci illərdə Sevda İbrahimova, Azər Dadaşov, Emin Sabitoğlu, Rəşid Şəfəq, Oqtay Rəcəbov, Cəlal Abbasov, Faiq Nağıyev və digər gənc bəstəkarlar bir sıra yaddaqalan uşaq mahnıları yazdılar. Onların da mahnılarını məhz «Bənövşə» Uşaq Xoru ifa edirdi. Eyni zamanda «Bənövşə» Uşaq Xoru bəstəkarlarımızın filmlərə yazdığı mahnıları da (məsələn, Tofiq Quliyevin «Ögey ana» filmindən «Kəndimiz» mahnısı) səsləndirirdi.
2014-cü ildə bəstəkar Oqtay Rəcəbovun Sevinc Nuruqızının librettosu əsasında yazdığı «Sərçənin sərgüzəştləri» uşaq operası da «Bənövşə» Uşaq Xoru tərəfindən səsləndirilmişdir.