Bəndi “Rast”, nəqəratı isə “Bayatı-Şiraz” muğamı intonasiyalarına əsaslanan bu mahnıda Ana Vətənə olan sevgi tərənnüm edilir. Mahnı ikisəsli ifa olunur və xor üçün nəzərdə tutulmuşdur.
Yeni mahnı öyrənək və ikisəsli notla oxuyaq
EY TANRIM,
ARXA OL BİZİM İLHAMA
Musiqisi Oqtay Rəcəbovun,
sözləri Gülağa Tənhanındır.
I
A dünya, nə vaxtsa gözləri dolan,
Bəndənin qeydinə qalacaqmısan?
Nələr etdiyini yadına salsan,
Qara bulud kimi dolacaqmısan?
Nəqərat:
Ey Tanrım, arxa ol bizim İlhama,
Xalqını çatdırsın arzuya, kama.
Ömrünü bu yolda döndərib şama,
Sən onun qeydinə qalacaqmısan?
II
Özünü unutdu, xalqına yandı,
O, xalqı yaşatdı, xalq onu andı.
Bu ağır itkiyə fələk də yandı,
Sən də bizim kimi yanacaqmısan?
Nəqərat: