Musiqi dinləyək
MƏKTƏB İLLƏRİ
Musiqisi Aygün Səmədzadənin,
sözləri Kəmalə Abıyevanındır.
I
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuzda eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.
Nəqərat:
Məktəb illəri...
Ömrümün ən şirin duyğulu qayğısız günləri...
Hər anı bir ömrə bərabər sehrli günləri...
Ən təmiz arzulu günləri...
II
Bir müəllim töhmətiydi dərdimiz,
Bir töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz,
Bir gön necə həsrət ilə anarıq.
III
Dönya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı,
Özümüzü nə bəxtəvər sanırdıq.
Yada salaraq notla və sözləri ilə bir, ikisəsli oxuyaq
QIZIL DAN
Musiqisi Azər Dadaşovun,
sözləri Musa Yaqublunundur.