Musiqi dinləyək
«Laçın». Azərbaycan xalq mahnısı. İfa edir Akif İslamzadə
“Laçın” qədim Azərbaycan xalq mahnısıdır. Bu mahnı bir çox məşhur Azərbaycan müğənnilərinin ifasında səslənmiş və bəstəkarlarımız tərəfindən yazılmış müxtəlif janrlı əsərlərdə istifadə edilmişdir. Süleyman Ələsgərov “Bayatı-Şiraz” simfonik muğamında, bəstəkar Nazim Əliverdibəyov “Laçın” fortepiano pyesində bu xalq mahnısından istifadə etmişlər. “Dan ulduzu” Kamera-İnstrumental Ansamblının rəhbəri Gülarə Əliyeva “Laçın” xalq mahnısını həm instrumental, həm də vokal ifası üçün nota salmışdır.
Mahnını yada salaq, notla və sözləri ilə oxuyaq
NƏ GÖZƏLDİR AZƏRBAYCAN!
Musiqisi Emin Sabitoğlunun,
sözləri İbrahim Kəbirlinindir.