Musiqi dinləyək
Gülarə Əliyeva. «Şüştər» rapsodiyası
«Şüştər» rapsodiyasında fortepiano aləti digər musiqi alətlərinin fonunda xüsusilə fərqlənir. «Şüştər» klassik Azərbaycan muğamının intonasiyaları əsasında yazılmış bu rapsodiyada Gülarə Əliyeva çox mürəkkəb fortepiano passajları etməklə musiqini daha da cəlbedici edə bilmişdir.
Rapsodiya yunan sözü olub «nəğmə qoşan» deməkdir. Rapsodiya xalq mövzuları əsasında yazılmış parafraz formasında qurulan virtuoz instrumental pyesdir. Qədim Yunanıstanda epik poemaları (dastanları) nəğmə şəklində oxuyan musiqiçiyə rapsod deyirdilər. Qədim rapsodlardan biri Homer hesab edilib. Onun yazdığı «İliada» və «Odisseya» isə antik rapsodiyalardan sayılıb. XIX əsrdə professional Avropa musiqisinə daxil olan rapsodiya royal və ya orkestr üçün təyin edilmiş müxtəlif xalq melodiyalarının yer aldığı irihəcmli birhissəli əsər idi.
Notla oxuyaq
LAÇIN
(Azərbaycan xalq mahnısı)