Respublikada fəaliyyət göstərən Xalq Çalğı Alətləri ansambllarında həm tanınmış, həm də gənc müğənnilər çıxış edir və öz istedadlarını bir qədər də təkmilləşdirirdilər. Sonradan onlardan Zeynəb Xanlarova, İslam Rzayev, Elmira Rəhimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Baba Mirzəyev, Anatollu Qəniyev və s. kimi görkəmli müğənnilər xalq tərəfindən tanınmağa başladılar. Onların repertuarına xalq mahnıları, təsniflər ilə bərabər, həm də klassik Azərbaycan muğamları daxil idi.
Musiqi dinləyək
«Çahargah» muğamından bir parça. İfa edir Azərbaycan Respublikasının Xalq artisti Zeynəb Xanlarova, müşayiət edir Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı
Ansamblların repertuarında, eyni zamanda Azərbaycan xalq rənglərindən də geniş istifadə olunurdu. Bu rənglərdən biri də «Şur» muğamının «Simayi-şəms I» rəngidir.
Rəng muğamın kiçik şöbələri arasında səsləndirilən oynaq rəqs xarakterli musiqi nümunəsidir.
Musiqi dinləyək və notla oxuyaq
Xalq Çalğı Alətləri Ansamblının ifasında «Şur» muğamı. «Simayi-şəms I» rəngindən bir parça