23. AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ANSABLLARI
XX—XXI əsr Azərbaycan musiqi ifaçılıq mədəniyyətində Xalq Çalğı Alətləri ansambllarının rolu çox böyükdür. Azərbaycan Xalq Çalğı Alətləri Ansamblını Xalq Çalğı Alətləri Orkestrindən ayıran cəhətlər:
1. Xalq Çalğı Alətləri ansamblları notsuz şifahi ənənə əsasında ifa edir.
2. Xalq Çalğı Alətləri ansambllarının tərkibindəki musiqiçilərin sayı orkestr musiqiçilərindən üç dəfə az ola bilər.
3. Qastrol səfərləri üçün daha əlverişli və yığcam heyətə malikdir.
XX əsrdə respublikamızda ən tanınmış Xalq Çalğı Alətləri ansamblları:
1. Xalq artisti Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı.
2. Xalq artisti Baba Salahovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı.
3. Xalq artisti Əlibaba Məmmədovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı.
4. Əməkdar artist Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı.
5. Xalq artisti Həbib Bayramovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı.
6. Xalq artisti Ceyran Haşımovanın rəhbərlik etdiyi «Lalə» Qızlar Ansamblı.