Bəstəkar «Məşədi İbadın mahnısı» üçün «Uzundərə» Azərbaycan xalq rəqsinin melodiyasından istifadə
etmişdir.
XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin
tikdirdiyi Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının binasında 2013-cü ildə əsaslı
təmir və yenidənqurma işləri aparıldı və bu incəsənət
ocağı Azərbaycan Dövlət Musiqili Teatrı adlandırıldı.
Hacı Zeynalabdin
Tağıyev
Yeni mahnı öyrənək
AZƏRBAYCAN
Musiqisi Emin Sabitoğlunun,
sözləri Bəxtiyar Vahabzadənindir.
I
Azərbaycan, sənsən mənim
Ülviyyətim, şan-şöhrətim.
Adın mənim öz adımdır,
Sənsiz mənim nə qiymətim,
Azərbaycan, Azərbaycan.
Nəqərat:
Biz tarixə sığınmadıq,
Dünən vardıq, bu gün varıq.
Biz dostluğa güvənərək
Gələcəyə addımlarıq,
Azərbaycan, Azərbaycan.
II
Nəfəsimiz Babəklərin,
Sabirlərin od nəfəsi.
Mahnımızda yaşar bizim
Babaların addım səsi,
Azərbaycan, Azərbaycan.
Nəqərat:
III
Azərbaycan mənim eşqim,
Mənim andım, mənim anam.
Biz ikimiz bir torpağıq,
Mən də sənin bir parçanam,
Azərbaycan, Azərbaycan.
SUAL VƏ TAPŞIRIQLAR
- Azərbaycanda tamaşaya qoyulan ilk operetta necə adlanır və onun müəllifi kimdir?
- Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının yerləşdiyi binanı kim tikdirib?
- Üzeyir Hacıbəylinin hansı operettalarını tanıyırsınız?
- Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının baş qəhrəmanı
Məşədi İbad obrazı haqqında danışın.