Bir müddət fasilədən sonra, 1956-cı ildən teatr yenidən fəaliyyətə başlayır.
1970-ci ilə qədər teatrda Tofiq Quliyevin “Qızılaxtaranlar”, Şəfiqə Axundovanın “Ev bizim, sirr bizim”, Zakir Bağırovun “Qayınana”, Vasif Adıgözəlov və Ramiz Mustafayevin “Hacı Qara”, Azər Rzayevin “Hacı Kərimin Aya səyahəti”, Əşrəf Abbasovun “Səndən mənə yar olmaz”, Tofiq Bakıxanov və Nəriman Məmmədovun “Altı qızın biri Pəri”, Nəriman Məmmədovun “Bir dəqiqə” operettaları müvəffəqiyyətlə tamaşaya qoyulur.
Bu dövrdə teatrda Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Səyavuş Aslan, Mobil Əhmədov, orkestr dirijorlarından Süleyman Ələsgərov, Soltan Hacıbəyov, Kamal Abbasov və digər sənət korifeyləri çalışırdı.
Musiqi dinləyək
Üzeyir Hacıbəyli. «Arşın mal alan». «Əsgərin ariyası»
Musiqi dinləyək, notla və sözləri ilə oxuyaq
Üzeyir Hacıbəyli. «O olmasın, bu olsun». «Məşədi İbadın mahnısı»