Musiqi dinləyək
Qara Qarayev. «İldırımlı yollarla» baletindən «Afrikalı qızların rəqsi»
Azərbaycan Dövlət Kamera Orkestri, eyni zamanda müxtəlif janrlı Azərbaycan xalq musiqisi nümunələrini ifa edir, xanəndələri müşayiət edir. Xalq artisti Teymur Göyçayev “Qarabağ şikəstəsi” ritmik muğamını Azərbaycan Dövlət Kamera Orkestri üçün işləmiş və onlarla gənc xanəndə bu orkestrin müşayiəti ilə bu gün də “Qarabağ şikəstəsi” oxuyur. Bu xanəndələrdən biri də Xalq artisti Arif Babayevdir.
Musiqi dinləyək
«Qarabağ şikəstəsi». İfa edir Xalq artisti Arif Babayev
Notla oxuyaq
«Qarabağ şikəstəsi» zərbi-muğamından bir parça
Azərbaycan Dövlət Kamera Orkestri üçün Qara Qarayev, Fikrət Əmirov, Azər Dadaşov, Faiq Nağıyev, Oqtay Rəcəbov və başqaları maraqlı əsərlər yazmışlar. Digər tərəfdən Azərbaycan bəstəkarlarının filmlərə, o cümlədən cizgi filmlərinə yazdıqları musiqi əsərlərinin səsləndirilməsi də Azərbaycan Dövlət Kamera Orkestrinin öhdəsinə düşmüşdür.