Musiqi dinləyək
Nazim Əliverdibəyov. A kapella xor kollektivi üçün «Bayatı-Şiraz»
Bu əsər müşayiətsiz xor kollektivi üçün yazılmışdır.
Yeni mahnı öyrənək
NOVRUZ BAYRAMI
Musiqisi Rəşid Şəfəqin,
sözləri Sabir Mustafanındır.
I
Səməni gətirin,
Miz üstünə qoyun, hey!
Kos-kosanı başlayaq,
Gözəldir bu oyun, hey!
Nəqərat (xor):
Yaz coşdurur adamı,
Gəlir Novruz bayramı!
II
Bir nimçəyə düzülsün
Yeddi löyün şirniyyat:
Qoğal, qovut, paxlava,
İydə, badam, qoz, nabat.
Nəqərat (xor):
SUAL VƏ TAPŞIRIQLAR
- Azərbaycan Dövlət Xor Kapellası nə vaxt yaranıb?
- Azərbaycan Dövlət Xor Kapellası üçün hansı bəstəkarlar əsərlər
yazıb?
- A kapella nədir?
- “Novruz bayramı digər ölkələrdə” mövzusunda təqdimat hazırlayın.