Azərbaycan Dövlət Xor Kapellasında soprano, alt, tenor və bas kimi səs qrupları var.
Əgər Xor Kapellasını Simfonik Orkestr, yaxud royal musiqi aləti müşayiət etmirsə, ona «a kapella» (müşayiətsiz) deyilir.
Musiqi dinləyək
Cahangir Cahangirov. «Füzuli» kantatasının II hissəsi
Cahangir Cahangirovun “Füzuli” kantatasının II hissəsində solo, Xor Kapellası və Simfonik Orkestr ifa prosesində birgə iştirak edir. İlk dəfə kantatanın II hissəsi Xalq artisti Şövkət Ələkbərovanın solo ifasında səslənmişdir. Əsərin dirijoru isə maestro Niyazi olmuşdur.
Notla və sözləri ilə oxuyaq
Cahangir Cahangirov. «Füzuli» kantatasının II hissəsindən bir parça