19. AZƏRBAYCAN DÖVLƏT
XOR KAPELLASI
Azərbaycan Dövlət Xor Kapellası 1966-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılmışdır. Yarandığı gündən 1996-cı ilə qədər bu kollektivə Əməkdar incəsənət xadimi, xormeystr Eduard Novruzov rəhbərlik etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasına Xalq artisti, professor Gülbacı İmanova rəhbərlik edir. Bu kollektiv mövcud olduğu illər ərzində Azərbaycan və dünya bəstəkarlarının xor əsərlərini məharətlə ifa etmişdir.
Azərbaycan Dövlət Xor Kapellası bəstəkarlardan Cahangir Cahangirovun «Füzuli» kantatasını, «Çahargah» əsərini, Nazim Əliverdibəyovun «Bayatı-Şiraz» xor kompozisiyasını, Oqtay Rəcəbovun «Segah-zabul» muğam kompozisiyasını, «Çingiz» simfoniya-rekviyem əsərini, Vasif Adıgözəlovun «Qarabağ» oratoriyasını, Volfqanq Motsartın «Rekviyem»ini və digər mürəkkəb quruluşlu əsərləri ifa etmişdir.