Yeni mahnı öyrənək
ƏZİZ ANA
Musiqisi Ədilə Hüseynzadənin,
sözləri Ramiz Məmmədovundur.
I
Getsəm hər yana,
Sevimli ana,
Səni anaram,
Alovlanaram.
Nəqərat:
Bu ömrüm, günüm,
Başına dönüm,
Bircə sənsən, əziz ana,
Ey ürəyi təmiz ana.
II
Laylan səsidir
Kürün, Arazın.
Bircə günüm də
Sənsiz olmasın.
Nəqərat:
Vije-Lebren, Mari Elizabet Luiza.
Paris, XVIII—XIX əsr.
Avtoportret. «Ana və uşaq»
SUAL VƏ TAPŞIRIQLAR
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri nə vaxt yaradılmışdır?
Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrinə kim rəhbərlik etmişdir?
“Əziz ana” mahnısının müəllifləri kimdir?
“Ədəbiyyatda və musiqidə ana obrazı” mövzusunda təqdimat hazırlayın.