Musiqi dinləyək
Cahangir Cahangirov. «Çahargah» xor əsərindən bir parça
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük rolu olan musiqi kollektivlərindən biri də Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestridir. Bu orkestr 1964-cü ildə Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb.
1969-cu il dekabrın 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının tərkibində Azərbaycan Dövlət Rəqs Ansamblı yarandı.
Musiqi dinləyək
Fikrət Əmirov. “Nizami” simfoniyası. “Skertso” adlanan II hissədən bir parça
Dövlət Filarmoniyasının tərkibində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti də fəaliyyət göstərir.
Notla oxuyaq
BÜLBÜLLƏR OXUR
(Azərbaycan xalq mahnısı)