Yeni mahnı öyrənək
GƏNCLİYİMİZ
I
Gündə yeni zəfər çalır,
Səhralarda şəhər salır,
Dalğalardan işıq alır
Gəncliyimiz, gəncliyimiz.
Nəqərat:
Bayraq kimi ucalmışdır
Gəncliyimiz, gəncliyimiz.
Vətənimdən dərs almışdır
Gəncliyimiz, gəncliyimiz.
Musiqisi Rauf Hacıyevin,
sözləri Tofiq Mütəllibovundur.
II
Xam torpağa həyat verir,
Boz düzlərə nicat verir,
Hər bir zaman öndə gedir
Gəncliyimiz, gəncliyimiz.
Nəqərat:
SUAL VƏ TAPŞIRIQLAR
“Nərgiz” operasını hansı bəstəkar yazmışdır?
“Nərgiz” operasında hansı xalq musiqilərimizdən istifadə olunub?
Müslüm Maqomayevin vəfatından sonra “Nərgiz” operası üzərində işi kimlər davam etdirmişdir?
“Gəncliyimiz” mahnısının müəllifləri haqqında təqdimat hazırlayın.