16. MUASİR MÖVZUDA
İLK AZƏRBAYCAN OPERASI
Azərbaycanda müasir mövzuda yazılmış ilk opera bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin “Çobanlar” radio-pyesinin süjeti əsasında yazdığı “Nərgiz” operasıdır. Operada Azərbaycan kəndlərinin birində xalqın mübarizəsi musiqi dili vasitəsilə təsvir olunur.
Əsərin qəhrəmanları kəndli qız Nərgiz və çoban Əlyardır. Sonralar bəstəkar “Nərgiz” operası üzərində bir daha işləmək qərarına gəlir. Lakin
1937-ci ildə qəfil dünyasını dəyişir. Operanı Reynqold Qliyer və Niyazi işləyib tamamlayır. 1938-ci ildə “Nərgiz” operası Moskva şəhərində elə həmin ildə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulur. Bəstəkar operada mahnı janrına yaxın təsniflərdən, rənglərdən geniş istifadə etmişdir.Musiqi dinləyək
Müslüm Maqomayev. «Nərgiz» operasından «Əlyarın ariyası» (I pərdədən)
«Əlyarın ariyası» intonasiyasına görə xalqımızın çox sevdiyi «Çoban bayatısı»na yaxındır.