Mahnını notla və sözləri ilə oxuyaq
ÇAYIMIZIN ADI VAR
(Azərbaycan xalq mahnısı)
I
Çayımızın adı var, yar, yar,
Ətirli xoş dadı var, yar, hey.
Çayda bizim qızların, yar, yar,
Canlarının odu var, yar, hey.
II
Xoş çayımız var bizim, yar, yar,
Çay bağımız var bizim, yar, hey.
Bu şərəfli əməyə, yar, yar,
Marağımız var bizim, yar, hey.
III
Çay gülü gül yarpağı, yar, yar,
Qızların gül yanağı, yar, hey.
Məxmər çayı bəyənir, yar, yar,
Bizim yerin qonağı, yar, hey.
IV
Çayları saya-saya, yar, yar,
Gözümü saldım çaya, yar, hey.
Armudu fincan ilə, yar, yar,
Çay gətirin ortaya, yar, hey.
SUAL VƏ TAPŞIRIQLAR
- “Şahsənəm” operası opera janrı ətrafında hansı mübahisələrə son
qoydu?
- “Şahsənəm” operası üzərində işləyərkən Reynqold Qliyerə kimlər
kömək göstərmişdir?
- “Çayımızın adı var” mahnısında Azərbaycan çayının hansı keyfiyyətləri
sadalanır?
- Reynqold Qliyer haqqında şifahi təqdimat hazırlayın.