Reynqold Qliyer “Şahsənəm” operasında 30-dan çox Azərbaycan xalq mahnı və rəqslərindən, zərbi-muğamlardan istifadə edib. Məhz “Şahsənəm” operası sonradan respublikamızda sırf Avropa operası janrında yeni milli operalarımızın yaranmasına səbəb oldu. Məşhur opera vokal ifaçısı Şövkət Məmmədova bu operada Şahsənəm obrazını böyük məharətlə ifa etmişdir.
Notla oxuyaq
«Ənzəli» xalq rəqsindən bir parça. Not yazısı Reynqold Qliyerindir
Reynqold Qliyer “Şahsənəm” operasının uvertürasında “Arazbarı”, “Toy yürüşü” musiqisindən, “Qarabağ şikəstəsi” ritmik muğamından, “Çahargah” muğam improvizasiyasından, “Sus, mənim çiçəyim” Azərbaycan xalq mahnısından istifadə etmişdir.
“Ənzəli” Azərbaycan milli rəqsi təqribən 1880—1890-cı illərdə Bakıda yaranıb. İfa tərzi aramlı, süzgün, melodiyası “qocayana”dır. Bu rəqsi, adətən, yaşlılar oynayır. Xanə ölçüsü 3/4-dür, animato tempində və minor tonallığında səslənir.