15. «ŞAHSƏNƏM» OPERASI VƏ
RUS BƏSTƏKARI REYNQOLD QLİYER
Hələ 1924—1928-ci illərdə Azərbaycan incəsənəti, xüsusilə də milli opera janrı ətrafında mübahisələr aparılırdı.
Milliyyətcə alman olan rus bəstəkarı Reynqold Qliyerin yazdığı “Şahsənəm” operası bu mübahisələrə son qoydu. “Şahsənəm” — Azərbaycan mövzusunda yazılmış ilk klassik tipli opera idi.
Dahi Üzeyir Hacıbəyli 1927-ci ildə “Şahsənəm” operası haqqında belə yazırdı: “Şahsənəm” operası ilə Azərbaycanda yeni opera mədəniyyətinin əsası qoyuldu”. Reynqold Qliyer “Şahsənəm” operasının məzmununu qədim “Aşıq Qərib” dastanından götürmüşdür. Bu operanın yaradılması mərhələsində məşhur xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Pirimov və dramaturq Cəfər Cabbarlı milli musiqimiz, xalq mahnı və rəqslərimiz, aşıq musiqimiz haqqında məlumatlar vermişlər. Opera 1927-ci ildə ilk dəfə Azərbaycanda rus dilində, 1934-cü ildə isə böyük dramaturq Cəfər Cabbarlının librettosu əsasında Azərbaycan dilində tamaşaya qoyuldu.Musiqi dinləyək
Reynqold Qliyer. «Şahsənəm» operasından «Ənzəli» rəqsi
Musiqi dinləyək
Reynqold Qliyer. «Şahsənəm» operasından «Şahsənəmin ariyası»