Sonralar Zülfüqar Hacıbəyovun «Aşıq Qərib» (1913), Müslüm Maqomayevin «Şah İsmayıl» (1919) kimi operaları da tamaşaya qoyulur. Daha sonra teatrın repertuarı Reynqold Qliyerin klassik opera janrında yazılmış «Şahsənəm» (1927), Müslüm Maqomayevin «Nərgiz» (1935), Üzeyir Hacıbəylinin «Koroğlu» operaları ilə zənginləşir.
Musiqi dinləyək
Müslüm Maqomayev. «Şah ismayıl» operasının «Uvertüra»sından bir parça
Keçən əsrin 40-cı illərində Əfrasiyab Bədəlbəylinin «Qız qalası» (1940) baleti və «Nizami» (1948) operası, Qara Qarayevin və Cövdət Hacıyevin «Vətən» (1945), Niyazinin «Xosrov və Şirin» (1942) operaları, Fikrət Əmirovun «Min bir gecə» (1979) baleti də məhz Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulur.
Notla oxuyaq
Əfrasiyab Bədəlbəyli. «Qız qalası» baleti. «Müqəddimə»dən bir parça
Keçən əsrin 50-ci illərində Fikrət Əmirovun «Sevil» (1953), Cahangir Cahangirovun «Azad» (1957) operaları Opera və Balet Teatrının səhnəsində oynanılıb.
Soltan Hacıbəyovun «Gülşən» (1950), Qara Qarayevin «Yeddi gözəl» (1952), «İldırımlı yollarla» (1961), Arif Məlikovun «Məhəbbət əfsanəsi» (1962), Əşrəf Abbasovun «Qaraca qız» (1965) baletləri də bu teatrda böyük müvəffəqiyyətlə tamaşaya qoyulub.