Ekranda rəqsə tamaşa edək və dinləyək
«Qavalla rəqs». İfa edir Xalq artisti Əminə Dilbazi
Dümbək — milli musiqi mədəniyyətimizə aid olan bu zərb aləti Cənubi Qafqazda ancaq azərbaycanlılara mənsubdur.
Türk xalqları arasında dümbələk, donbek, tombak, dumbəy, darbaki, debulak kimi adlandırılan bu zərb musiqi aləti Türkiyədə və Yunanıstanda darbuka kimi tanınır.
Alman səyyahı və diplomatı Adam Oleari (XVII əsr) dümbəyin gildən dibsiz küp şəklində hazırlandığını yazıb. Səyyah qeyd edib ki, Novruz bayramında uşaqlar və gənclər dümbəyin müşayiətində oxuyub, rəqs edirdilər.
Bu musiqi aləti hazırda Xalq Çalğı Alətləri Ansamblı və Orkestrinin tərkibindədir.
Bəstəkar Nəriman Məmmədovun Xalq Çalğı Alətləri Orkestri üçün yazdığı «Zərbi-muğam» əsərində dümbək zərb alətindən məharətlə istifadə edilmişdir.
Mahnını yada salaq, solo və ikisəsli oxuyaq
MÜBARƏK
Musiqisi Əfsər Cavanşirovun,
sözləri Hikmət Ziyanındır.