Azərbaycanda və Mərkəzi Asiya ölkələrində tütək alətini qarğıdan, ağacdan və gildən düzəldilir.
Tütəyin boruşəkilli gövdəsi ərik, qoz, tut ağaclarından və yaxud qamışdan hazırlanır. Gövdənin üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq olur. Alətin baş tərəfinə — borunun içərisinə yanakı kəsilmiş ağac tıxac daxil edilir.
Dahi Üzeyir Hacıbəyli tütək alətini Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin tərkibinə daxil etmişdir.
Musiqi dinləyək
«Çoban bayatısı». Tütəkdə ifa edilir
Notla oxuyaq
«Çoban bayatısı»ndan bir hissə
“Çoban bayatısı” çobanların tütəkdə ifa etdiyi musiqi nümunəsidir. Sonradan professional tütək ifaçıları tərəfindən ifa olunub.
Bəstəkar Ağabacı Rzayeva məşhur Çoban Qaraya eyniadlı mahnı həsr etmişdir. Vaxtilə çox sevilən bu mahnının girişində və nəqəratında Xalq Çalğı Alətləri Ansamblında ifa zamanı solo kimi tütək alətindən istifadə olunub. Bu mahnını Şövkət Ələkbərova, Anatollu Qəniyev, Gülağa Məmmədov böyük məharətlə oxumuşlar.