10. AZƏRBAYCAN XALQ
ÇALĞI ALƏTİ — ZURNA
Zurna sözünün müxtəlif mənaları mövcuddur. Bəzi tədqiqatçılar onun fars dilindən götürülmüş “sur” — şənlik, böyük ziyafət və “nay” — qarğı, qamış sözlərinin birləşməsindən yarandığı söylənilir.
Zurna — güclü və zil səsə malik qədim musiqi alətidir. Türk xalqlarının ən əlamətdar günlərində bu alətin səsi daima eşidilib. Müharibəyə yollananları və davadan qayıdanları, döyüşə atılanları müşayiət edib. Bayramlarda, toy
və şənliklərdə səslənib, atüstü oyunlar zurna harayı altında baş tutub.
Zurna, əsasən, ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Əlavə olaraq zurnanın ağız tərəfində daha bir dəlik var. Bu dəlik zurnanı kökləmək üçün nəzərdə tutulub.
Azərbaycanda zurnanın səs tembrinə və ölçülərinə görə cürə, orta cürə və ayaq cürə, həm də əcəmi zurna, qarazurna, şəhabi zurna kimi növləri olmuşdur.
Hazırda zurnanın orta cürə növündən geniş istifadə olunur.