Musiqisi Səid Rüstəmovun,
sözləri Mirmehdi Seyidzadənindir.
I
Yer üzündə şəhər olmaz
Bizim gözəl şəhər kimi.
Gecələri işıqlıdı
Al günəşli səhər kimi.
Nəqərat:
Bakı, canım Bakı,
Fəxrim, şanım Bakı!
Döyünən ürəyim,
Canım Bakı, qanım Bakı!
II
Abidələr qalxıb göyə
Hər meydanda, meydançada.
Gülümsəyir qərənfillər,
Qızılgüllər hər bağçada.
Nəqərat:
Köhnə Bakı. Qız qalası
Yeni Bakı. Olimpiya stadionu
SUAL VƏ TAPŞIRIQLAR
Balaban haqqında nə bilirsiniz?
Balabanın daha hansı adları vardır?
Balaban hansı xalq bayatısında xatırlanır?
Akif İslamzadənin ifasında “Sarı gəlin” xalq mahnısını dinləyin.
Balabanla müşayiət və müğənninin ifasının vəhdətindən yaranmış
səs və söz möcüzəsi ilə yaxından tanış olun. Nə hisslər keçirdiyinizi
təsvir etməyə çalışın.
YouTube üzərindən axtarış üçün açar sözlər: Akif İslamzadə, “Sarı
gəlin”.