Musiqi dinləyək
«Sarı gəlin». Azərbaycan xalq mahnısı. Balabanda ifa edir Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Zeynalov
Notla oxuyaq
«Sarı gəlin». Azərbaycan xalq mahnısı
“Sarı gəlin” qədim Azərbaycan xalq mahnısı ölkəmizin gözəl guşələrindən biri olan Qarabağda el musiqiçiləri tərəfindən yaranmışdır. Bu mahnıdan bəstəkar Oqtay Rəcəbov “Soprano və Kamera Orkestri üçün Konsert”ində köməkçi mövzu, “Göyçək Fatma” cizgi film-operasında isə “Qızlar xoru” kimi istifadə etmişdir.
Musiqi dinləyək
Oqtay Rəcəbov. «Göyçək Fatma» cizgifilm-operasından «Qızlar xoru»
Balaban musiqi alətinin səs diapazonu kiçik oktavanın sol səsindən II oktavanın do səsinə kimidir.
Bu musiqi alətindən solo kimi, eyni zamanda Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin və ansamblların tərkibində geniş şəkildə istifadə olunur.