«Vağzalı» Azərbaycan xalq rəqsinə el arasında həm də «Gəlin havası» deyilir. Ta qədimdən bu günə kimi bütün Azərbaycan toylarında gəlin bəy evinə yola salınanda onu bu musiqi müşayiət edir.
Notla oxuyaq
«Vağzalı». Azərbaycan xalq rəqsi
Uzun illər qarmon alətində notsuz ifaçılığın Azərbaycanda geniş yayılmasına baxmayaraq, Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq Bakıxanov “Qarmon və Simfonik Orkestr üçün Konsert” əsərini yazmış və bu əsəri ilk dəfə qarmonda Əməkdar artist Zakir Mirzəyev ifa etmişdir.