Yeni mahnı öyrənək
İSTİQLAL BAYRAMI
Musiqisi Rəşid Şəfəqin,
sözləri Valeh Mirzənindir.
I
Çiçəkləndi elimiz,
Nur səpildi üzlərə!
Taleyin bu töhfəsi,
Qismət oldu bizlərə!
Nəqərat:
Düz niyyətlisən
Bu dünyada sən,
Ey mənim ana Vətənim.
II
Bizi sevməyənləri
Yandırdıq odumuzla.
Adınla bir səslənən
Müqəddəs adımızla.
Nəqərat:
SUAL VƏ TAPŞIRIQLAR
- Ud musiqi aləti haqqında nə bilirsiniz?
- «Yeddi cam» əsərinin müəllifi kimdir?
- Ud alətini Xalq Çalğı Alətləri Ansamblının və Orkestrinin tərkibinə kim daxil edib?
- Ud musiqi alətinin dünyada yayılması və məşhurlaşması haqqında
esse yazın.