Musiqi dinləyək
«Şur» muğamından bir parça. Udda ifa edir Əhsən Dadaşov
Udun quruluşu haqqında ilk izahatı Şərqin böyük musiqi ustadı Əbunəsr Fərabi verib. Fərabi “Kitab-ül-musiqi-i kəbir” adlı əsərində qeyd edir ki, ud əvvəllər dörd simdən ibarət olub. Sonradan ona beşinci sim əlavə olunub və daha gur və güclü səslənmə əldə etmək üçün simlər qoşalaşdırılıb.
Udun dörd simi kainatın varlığını ifadə edən — od, su, torpaq və havanın vəhdəti hesab edilirdi. Bu əsrarəngiz musiqi alətinin birinci simi “zir”, ikinci “məsna”, üçüncü “mislas”, dördüncü “bəm” və sonralar əlavə edilmiş beşinci simi isə “hadd” adlanır.
Tarixi böyük yunan filosofu Platondan başlayan bu alətin təkmilləşməsində böyük Azərbaycan musiqişünası Səfiəddin Urməvinin çox böyük xidmətləri olmuşdur.
Udu dahi Məhəmməd Füzuli “Yeddi cam” əsərində belə təsvir edir:
Bir gün yenə mən nəşəli bir bəzm düzəltdim,
Mən bu işi bir hikmət üçün bərqərar etdim.
Bir ud sədası bu zaman qalxdı həvayə,
Yandım, tütünüm çıxdı mənim övci-səmayə.
Musiqi dinləyək
Adil Gəray. «Bağçakürd»