7. AZƏRBAYCAN XALQ ÇALĞI
ALƏTİ — UD
Dünya musiqi mədəniyyətinə ən zərif alət kimi daxil olan ud, əsasən, Ərəbistan, Türkiyə, İran və bir çox Şərq ölkələrində geniş yayılmış mizrabla çalınan simli musiqi alətidir. Ərəblər udu alətlərin şahı hesab etmişdir. Məhz ərəblər ilk dəfə bu ecazkar musiqi alətini Avropaya gətiriblər. Belə ki, VIII əsrdə İspaniya ərəblər tərəfindən istila olundu və o zamandan ud aləti ispan xalqının sevimli alətinə çevrildi.
Sonradan bu alət İspaniyadan İtaliyaya, Fransaya, Almaniyaya və Avropanın digər ölkələrinə keçdi. Artıq XV—XVII əsrlərdə ud hər yerdə səslənirdi. Azərbaycana bu musiqi alətinin gəlişi XI əsrin sonlarına təsadüf etdi.
Sonralar bir müddət yaddan çıxan bu alət 70-ci illərdə gözəl tarzən Əhsən Dadaşovun səyi ilə ilk dəfə Xalq Çalğı Alətləri Ansamblının, sonradan da Azərbaycan
Xalq Çalğı Alətləri Orkestrinin tərkibinə daxil edilir.
Müasir dövrdə ud musiqi alətində solo şəklində muğamlar, dünya və Azərbaycan bəstəkarlarının müxtəlif janrlı əsərləri ifa olunur.