Musiqi dinləyək
«Misri» aşıq havası
Azərbaycanın milli aşıq musiqisi musiqisində Abbas Tufarqanlı, Aşıq Qurbani, Molla Cümə, Xəstə Qasım, Sarı Aşıq, Miskin Abdal, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir, Mikayıl Azaflı, Aşıq Ədalət kimi görkəmli sənətkarların imzası var.
Notla oxuyaq
«Vaqif gözəlləməsi» aşıq havasından bir parça
Musiqi dinləyək
Üzeyir Hacıbəyli. «Koroğlu» operasından «Koroğlunun aşıq mahnısı» . İfa edir Əməkdar artist Ramil Qasımov
Dahi bəstəkarımız Üzeyir Hacıbəyli “Koroğlu” operasında Azərbaycanın el qəhrəmanı Koroğlunu bir aşıq kimi təqdim etmişdir. Koroğlu el xilaskarı olmaqla bərabər, eyni zamanda sazda çalıb-oxuyan aşıqdır. Dahi Üzeyir Hacıbəyli dinlədiyimiz nümunədə Azərbaycan aşıq musiqisi intonasiyalarından, ritmindən çox böyük məharətlə istifadə etmişdir.