Yeni mahnı öyrənək
QARABAĞ BAYATILARI
Musiqisi Azər Dadaşovun,
sözləri Nüsrət Kəsəmənlinindir.
I
Qarabağım — qar bağım,
Yaşıl ümid yarpağım.
Oyağam, əsgərinəm,
Yatsam, sən ol yorğanım.
Nəqərat:
Bu torpağı əkərəm,
Min nazını çəkərəm.
Yurduma kəc baxanın
Mən gözünü tökərəm.
II
Şuşam qalamdı mənim,
Yurdum, anamdı mənim.
Mən onun balasıyam,
O da balamdı mənim
Nəqərat:
III
Əsgəran əsgərimdi,
Xankəndi dərd-sərimdi.
Hər kəs yerini tapsın,
Bura mənim yerimdi.
Azər Dadaşov
Əsgəran qalası
SUAL VƏ TAPŞIRIQLAR
- Qanun çalğı alətinin tarixi bizə bu musiqi aləti haqqında nə deyir?
- Qanun (kanon) sözünün mənası nədir?
- Azərbaycan bəstəkarları qanun aləti üçün hansı əsərləri yazmışdır?
- “Qarabağ bayatıları” mahnısı haqqında şifahi təqdimat hazırlayın.