Musiqi dinləyək
Azərbaycanın ilk qanun ifaçısı Əməkdar artist Asya Tağıyeva olub və 1959-cu ildə onun ifasında ilk dəfə bu alətdə “Bayatı-Şiraz” və “Çahargah” muğamları vala yazılıb.
Notla oxuyaq
«Bayatı-Şiraz» muğamı. «Bərdaşt» şöbəsindən qanun musiqi alətində ifa olunan musiqi parçası
Qanun musiqi alətində təkcə Azərbaycan xalq musiqi nümunələri olan muğamlar, rəqslər, mahnılar deyil, eyni zamanda klassik Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri də müvəffəqiyyətlə ifa edilir. Qanun musiqi aləti üçün bəstəkar Süleyman Ələsgərov “Qanun və fortepiano aləti üçün Poema” əsərini yazıb.
Musiqi dinləyək
Süleyman Ələsgərov. «Qanun və fortepiano aləti üçün Poema»dan bir parça