4. KAMANÇA VƏ
SİMFONİK ORKESTR
Azərbaycan musiqi mədəniyyəti tarixində ilk dəfə kamança və simfonik orkestr üçün konsert janrında 1990-cı ildə Xalq artisti Hacı Xanməmmədov “Kamança və Simfonik Orkestr üçün Konsert” əsərini yazıb.
Bu əsərin ilk quruluşunda kamançada solo ifanı Ədalət Vəzirov edib.
Konsertin I hissəsinin I mövzusunda (əsas mövzu) bəstəkar «Çahargah», II mövzusunda isə (köməkçi mövzu) «Şur» və «Segah» muğamlarının intonasiyalarından istifadə edib.
Musiqi dinləyək
Hacı Xanməmmədov. «Kamança və Simfonik Orkestr üçün Konsertin ekspozisiyası
Xalq artisti Hacı Xanməmmədov “Bir dəqiqə” (librettosu Məhərrəm Əlizadənindir), “Bütün ərlər yaxşıdır” (librettosu Aleksandr Xaldeyevindir) musiqili komediyalarının, “Xalq Çalğı Alətləri Orkestri üçün Simfoniyyetta”nın, “Azərbaycan eskizləri”, “Kolxoz”, “Bayram” süitalarının, həm də çoxsaylı mahnıların müəllifidir. Milli musiqi xəzinəmizdə kamança və simfonik orkestr üçün konsert janrında Zakir Bağırov və başqa bəstəkarların da əsərləri yer almışdır.
Notla oxuyaq
Hacı Xanməmmədov. «Kamança və Simfonik Orkestr üçün Konsert» əsərindən I hissənin köməkçi mövzusundan bir parça