3. AZƏRBAYCAN XALQ
ÇALĞI ALƏTİ — KAMANÇA
Kamança qədim, simli çalğı alətidir.
«Kamança» sözünün «kaman» hissəsi farsca «yay», «qövs» deməkdir, «ça» isə kiçiltmə şəkilçisidir. Bu alət farslara türklərdən keçib. Türklər bu aləti «qişek» adlandırırlar. Qədim tarixçilər kamançanın Orta Asiyadan, yaxud Hindistandan gəldiyini yazırlar.
XVI əsrdə Təbrizli rəssam Mir Seyid Əlinin «Musiqi məclisi» əsərində qədim bərbət, dəf, kamança alətləri öz əksini tapmışdır.
Dahi Nizami Gəncəvi «Xosrov və Şirin» poemasında belə yazır:
Kaman Musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı,
Bu keyfi-işrəti çox alqışladı.
Musiqi dinləyək
«Şüştər» muğamından bir parça. İfa edir Habil Əliyev
Milli musiqi mədəniyyətimizdə tar, kamança və əlində qaval olan xanəndədən ibarət «Azərbaycan Xalq Çalğı Alətəri üçlüyü» adlanan musiqi kollektivi çox geniş yayılmışdır. Azərbaycan Xalq Çalğı Alətləri üçlüyü xalq arasında «Muğam üçlüyü» kimi tanınır.