HƏYAT BİZİMDİR
Musiqisi Oqtay Kaziminin,
sözləri İldırım Coşğunundur
Bizimdir bu həyat,
Bu şənlik, bu büsat,
Bu gözəl diyar.
Bizimdir bəxtiyar
Bu ellər, obalar,
Mehriban dostlar.
Bizimdir hünəri
Dillərin əzbəri
Bu qəhrəmanlar.
Alnıaçıq, üzüağ
Ömür sürüb yaşamaq,
Ən böyük səadətdir bizə.
Bizimdir qüdrətli
Min barlı, nemətli
Bu ana torpaq.
Bizimdir çiçəkli,
Bu bərli-bəzəkli
Bu bağça, bu bağ.
Bizimdir çıraqban,
Günbəgün ucalan
Bu Azərbaycan.
Alnıaçıq, üzüağ
Ömür sürüb yaşamaq,
Ən böyük səadətdir bizə.