I
Kimsə düzə «Bəzən», - dedi,
«Gündüzlərə uzan», - dedi!
Naxış vurdu gül-çiçəyə,
«Uç-uç», - dedi kəpənəyə.
Nəqərat:
Bilirsənmi o kimdir?
O kimdir?
Bağbandır, ya həkimdir?
O kimdir?
O, göylərin rəssamı - Günəşdir!
May da onun çəkdiyi şəkildir.
Yaz - ən gözəl fəsildir!..
II
Kimsə: «Quşlar uçsun», - dedi,
«Qış dağlara köçsün», - dedi.
Saçaqlatdı sünbülləri,
Dilləndirdi bülbülləri!
Nəqərat:
III
«Çox gözlədik biz bu ayı,
Qarşılayaq, - dedi, - mayı.
Tapaq onu göndərəni,
Dağı, daşı güldürəni!»
Nəqərat: