I
Yığılsınlar döyüşçülər, bizi vətən çağırır,
Düşmən qorxur qüvvəmizdən, bağrı onun yarılır.
Mərd oğlunla azad qızın möhkəm durur sərhəddə,
Sənə onlar keşik çəkir hər şəhərdə, hər kənddə.
II
Tarixboyu olmamışdır ölkəmizdə bu dövran,
Bu şöhrəti görməmişdir Azərbaycan bir zaman.
Bu millətin canı birdir, milyonların qəlbi bir,
Ucalırıq hər bir zaman, məsləkimiz ülvidir.
III
Bu millətin canı birdir, milyonların qəlbi birdir,
Bəxtəvərsən övladınla azad olmuş şən vətən.
Basılmaz bir qala oldun tarixboyu sən vətən,
Vətən, vətən, vətən, vətən.