2. TAR VƏ SİMFONİK ORKESTR
Dahi bəstəkar Üzeyir Hacıbəyli tar haqqında: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və mühümüdür”, — deyib. Tar — əslində, solo alətidir. Üzeyir Hacıbəyli isə tarı Azərbaycan musiqi tarixində ilk dəfə Simfonik Orkestrin tərkibinə daxil etmişdir. Tar aləti 1908-ci il yanvarın 25-də bəstəkarın “Leyli və Məcnun” operasının premyerasında səslənib. Bu gün də tar bu operada vokal partiyalardakı muğam parçalarını müşayiət edir.
Musiqi dinləyək
Üzeyir Hacıbəyli. “Leyli və Məcnun” operasının “Elçilik” səhnəsində səslənən muğamdan bir hissə
Qeyd etmək lazımdır ki, bütün opera boyu bəstəkar tardan müşayiətçi kimi istifadə etmişdir.