I
Uca dağ başından enib gəlirsən,
Dağlar maralısan, Şuşa ceyranı,
Niyə yaralısan, Şuşa ceyranı?
Aşiqin qəlbini niyə əzirsən?
Dağlar maralısan, Şuşa ceyranı,
Niyə yaralısan, Şuşa ceyranı?
Nəqərat:
Ayrılmaram səndən, doymaram dilindən,
Çünki canım evi sənin əlindədi.
Dağlar maralısan, Şuşa ceyranı,
Niyə yaralısan, Şuşa ceyranı?
II
Eşitdim sorağın sənin uzaqdan,
Gəlirsən bizlərə, Şuşa ceyranı.
Kim inciyər səntək əziz qonaqdan?
Qurbanam gözlərə, Şuşa ceyranı.
Dağlar maralısan, Şuşa ceyranı,
Niyə yaralısan, Şuşa ceyranı?
Nəqərat: