III
Ey böyük xalqımın şirini, şərbəti,
Alovlu sənəti, ülvi məhəbbəti.
Ey tarçı, çal, oxu, könlümü al, oxu,
Vur sazı sinənə, çal, aşıq, çal, oxu,
Qəlbimi al, oxu.
Oxu, tar! Oxu, tar!
Səni kim unudar?!
Oxu, tar! Oxu, tar!
Bəstəkar Səid Rüstəmov, müğənni Gülağa Məmmədov və
Xalq Çalğı Alətləri Orkestri