Mərkəzi kompüterdən fərqli olaraq, toparlayıcı verilənlərin mübadiləsinə “cavabdeh” deyil, o yalnız daxil olan siqnalları bərpa edir və onları ona qoşulmuş qalan kompüterlərə və qurğulara göndərir.
Ulduz topologiyalı şəbəkələr böyük miqdarda kabel məsrəfi tələb etsə də, bu topologiya qalanlarla müqayisədə əhəmiyyətli üstünlüklərə malikdir. Bu şəbəkələr etibarlıdır, kompüterlərin mərkəzi toparlayıcıya qoşulması və ayrılması qalan şəbəkənin işinə təsir etmir; kabelin qırılması (zədələnməsi) yalnız ayrı-ayrı kompüterlərə təsir edir. Belə şəbəkələrə xidmət göstərmək və problemləri aradan qaldırmaq da asandır. Ona görə də müasir şəbəkələrdə bu topologiyadan geniş istifadə olunur.
Gerçək kompüter şəbəkələri daim genişləndirilir və müasirləşdirilir. Ona görə də, demək olar ki, həmişə belə şəbəkə hibrid olur, yəni onun topologiyası bir neçə təməl topologiyanın kombinasiyasından ibarət olur.
Araşdıraq-
öyrәnәk