Nәticәni müzakirә edәk: | |
- | Kompüter şəbəkəsinin sxemində hansı növ qrafdan istifadə etdiniz: adi, yoxsa yönləndirilmiş qrafdan? Səbəbini izah edin. |
- | Əgər çəkdiyiniz qrafda hər hansı tili silsəniz (yəni iki kompüter arasındakı bağlantını kəssəniz), bunun kompüter şəbəkəsinin işinə necə təsiri olacaq? |
Bildiyiniz kimi, kompüter şəbəkələri bir neçə kompüterdən də təşkil oluna bilər, yüz milyonlarla kompüteri də birləşdirə bilər. Miqyasına görə kompüter şəbəkələrini bir neçə növə ayırırlar, ancaq onların içərisində yerli şәbәkәlәr (lokal şәbәkәlәr) və genişmiqyaslı şәbәkәlәr (qlobal şәbәkәlәr) daha geniş yayılmışdır. Mütəxəssislər, adətən, LAN (Local Area Networks) və WAN (Wide Area Networks) qısaltmalarına üstünlük verirlər. Adlarından da göründüyü kimi, lokal şəbəkələr əsasən məhdud, qlobal şəbəkələr isə daha geniş coğrafi ərazini əhatə edir.
Yerli şəbəkələrin müxtəlif növləri olsa da, onlardan ikisindən daha çox istifadə olunur: “müştәri-qulluqçu” və “tay-tuşlar” şәbәkәsi.