Hər bir tilinə müəyyən ədəd uyğun olan qraf necə adlanır?
Çəki matrisi baş diaqonala nəzərən simmetrik olmayan qrafda hansı xassələr mütləq
olmalıdır: dövrəsi var; çəkilidir; yönəldilmişdir, dövrəsizdir, əlaqəlidir?
Verilmiş çəki matrisinə uyğun qrafın neçə tili var? A və E təpələrini birləşdirən tilin çəkisi
nəyə bərabərdir?
Verilmiş çəki matrisindəki ədədlər qonşu məntəqələr arasındakı məsafəni bildirirsə, A–B–
D–E yolunun uzunluğu nəyə bərabərdir?
Şəkildə A, B, C, D, E, F, G şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla
yalnız göstərilən istiqamətə hərəkət etmək olar. A şəhərindən G şəhərinə neçə müxtəlif
yolla getmək olar?