Başqa sözlə,
i nömrəli şəhərdən
j nömrəli şəhərə yol varsa,
j nömrəli şəhərdən
də
i nömrəli şəhərə yol var. Deməli, qoyulan məsələni həlli etmək üçün qonşuluq
matrisindəki 1-lərin sayını hesablayıb nəticəni 2-yə bölmək lazımdır. Beləliklə,
yuxarıdakı qonşuluq matrisinə görə Neptun planetində cəmi 8 yol var.
Bu məsələnin Python dilində həll proqramını belə yazmaq olar:
i = 1
w = 0 # w - yolların sayı
while i <= 6:
s = input() # Matrisin bir sətri
# daxil edilir
w = w + s.count('1') # Həmin sətirdəki 1-lərin
# sayı hesablanıb ümumi
# yolların sayına əlavə olunur
i = i + 1
w = w // 2
print(w)
Araşdıraq-
öyrәnәk
Süd yolu qalaktikasının Neptun planetində N şəhər var və onların bəziləri yollarla
birləşdirilib. Qalaktikanın imperatoru Maximus bu planetdəki yolları siyahıya almağa
qərar verir, ancaq riyaziyyatdan zəif olduğundan yolların sayını hesablamaqda sizdən
kömək istəyir. (Mənbə: informatika.edu.az)
Mәsәlә
Şahmat turniri dairəvi sistem üzrə keçirilir,
yəni iki oyunçu öz aralarında yalnız bir
dəfə görüşürlər. Turnirdə yeddi məktəbli
iştirak edir. Məlumdur ki, Arif altı, Bəkir
beş, Ceyhun və Dadaş hərəyə üç, Elxan və
Əli hərəyə iki, İlkin isə bir oyun keçirib.
Ceyhun kimlərlə oynayıb?
Hәlli. Oyunçuların görüşlərini əks etdirən
qraf quraq və onu G ilə işarə edək. Bu qrafın
təpələrini 1-dən 7-dək ədədlərlə işarələyək
və uyğunluğu belə müəyyənləşdirək:
1 – Arif, 2 – Bəkir, 3 – Ceyhun,
4 – Dadaş, 5 – Elxan, 6 – Əli, 7 – İlkin.