A | B | C | D | |
A | 12 | 8 | ||
B | 12 | 5 | 6 | |
C | 8 | 5 | 2 | 4 |
D | 6 | 4 |
Bəs çəki matrisinin köməyilə nə müəyyən etmək olar? Birincisi, verilmiş iki təpə arasında tilin olub-olmadığını və əgər varsa, onun uzunluğunun (çəkisinin) nə olmasını. Bunun üçün, sadəcə, uyğun xanaya baxmaq lazımdır. Məsələn, B və C təpələri arasında til var və onun çəkisi 5-ə bərabərdir. İkincisi, tillərin çəkilərinin təpələr arasındakı məsafələri göstərdiyini fərz etsək, verilmiş təpələrdən keçən yolun uzunluğunu müəyyən etmək olar. Məsələn, ABCD yolunun uzunluğu AB, BC və CD tillərinin uzunluqları cəminə bərabər olacaq: 12 + 5 + 4 = 21. Nəhayət, verilmiş çəki matrisinin köməyilə qrafın özünü çəkmək olar.
Mәsәlә
Süd yolu qalaktikasının Neptun planetində 6 şəhər var və onlar 1-dən başlayaraq
ardıcıl nömrələnib. Bəzi şəhərlər yollarla birləşdirilib. Qalaktikanın imperatoru
Maksimus bu planetdəki yolları siyahıya almağa qərar verir, ancaq riyaziyyatdan zəif
olduğundan yolların sayını hesablamaqda sizdən kömək istəyir.
0 | 1 | 1 | 0 | 1 | 0 |
1 | 0 | 1 | 1 | 1 | 0 |
1 | 1 | 0 | 0 | 0 | 0 |
0 | 1 | 0 | 0 | 0 | 1 |
1 | 1 | 0 | 0 | 0 | 1 |
0 | 0 | 0 | 1 | 1 | 0 |
Burada i-ci sətir ilə j-ci sütunun kəsişməsində 1 olması uyğun şəhərlər arasında yolun olmasını bildirir. Belə bir yol varsa, j-ci sətir ilə i-ci sütunun kəsişməsində də 1 olacaq.