Ağac (ağacşəkilli struktur) qrafın bir növüdür, yəni ağac heç bir dövrəsi olmayan əlaqəli qrafdır. Belə ki, ağacın istənilən iki təpəsi arasında yol var, ancaq ağacda heç bir qapalı yol yoxdur.
Qraf (şəbəkə) informasiya modelindən həyatımızın müxtəlif sahələrində geniş istifadə olunur. Məsələn, yeni salınan, yaxud mövcud yaşayış sahəsində evləri və başqa tikililəri qrafın təpələri, onlar arasındakı yolları, elektrik, su, rabitə və başqa xətləri isə qrafın tilləri kimi göstərmək olar. Belə qraf üzərində optimal nəqliyyat marşrutlarını, obyektlər arasındakı ən qısa yolları planlaşdırmaq olar.
Araşdıraq-
öyrәnәk