Ekranda nöqtələr birləşərək bütöv bir şəkil əmələ gətirsə də, rastr görüntünü çox böyütdükdə o, kiçik xanalardan təşkil olunmuş mozaikaya (tora) bənzəyir. Rastrın hər bir nöqtəsi iki parametrlə xarakterizə olunur: ekrandakı mövqeyi ilə və əgər monitor rənglidirsə rəngi ilə, ağ-qaradırsa, parlaqlıq dərəcəsi ilə.
Rastr görüntülər yaratmaq və onlar üzərində əməliyyatlar aparmaq üçün çoxlu sayda proqramlar mövcuddur. Windows əməliyyat sisteminin tərkibinə daxil olan Paint proqramı ilə aşağı siniflərdən tanışsınız. İkiölçülü rəsmlər yaratmaq üçün daha geniş imkanları olan PaintNET, Corel Painter, Adobe PhotoShop, yaxud Corel PHOTO-PAINT kimi proqramlardan da istifadə etmək olar. Rastr görüntülərlə işləmək üçün geniş imkanlara malik sərbəst (ödənişsiz) yayılan proqramlar da mövcuddur. Belə proqramlara PaintNET, GIMP, TuxPaint, StarOffice Image rastr qrafik redaktorlarını aid etmək olar.
Rastr görüntülər piksellər yığınından ibarət olsa da, onlarla iş zamanı, adətən, ayrı-ayrı piksellərlə deyil, bütöv fraqmentlərlə işlənilir. Bunun üçün qrafik redaktorlarda müxtəlif alətlər nəzərdə tutulub: düz xətt, əyri, düzbucaqlı, oval (ellips), çoxbucaqlı, dəyirmi düzbucaqlı, fırça, pozan, rənglə doldurma və s. Ancaq bəzən görüntünün ayrıca pikselləri
Sözlük
• Pikselilə işləmək zərurəti yaranır. Məsələn, tutaq ki, yaratdığınız rəsmin hansısa hissəsində cəmi bir neçə nöqtədən ibarət olan bir simvol () yerləşdirmək lazımdır. Bu işi Paint redaktorunda indiyədək istifadə etdiyiniz alətlərin köməyilə etməyə çalışsanız, bunun o qədər də asan olmadığını görəcəksiniz. İndi öyrənəcəyiniz üsulla isə bunu çox rahatca yerinə yetirmək mümkündür.