İkinci təqdimolunma formasında – qonşuluq matrisindә n təpədən ibarət qraf n sətirdən və n sütundan ibarət cədvəl (n×n ölçülü matris) şəklində göstərilir. Əgər hər hansı x təpəsi ilə y təpəsi arasında til varsa, onda ax,y elementi 1-ə, əks halda isə 0-a bərabər olur. Məsələn, yuxarıdakı qrafın qonşuluq siyahısı və qonşuluq matrisi belə olacaq:
Tәpә | Qonşuluq siyahısı |
0 | 1, 2, 4 |
1 | 0, 2, 3, 4 |
2 | 0, 1 |
3 | 1 |
4 | 0, 1 |
5 |
0 | 1 | 2 | 3 | 4 | 5 | |
0 | 0 | 1 | 1 | 0 | 1 | 0 |
1 | 1 | 0 | 1 | 1 | 1 | 0 |
2 | 1 | 1 | 0 | 0 | 0 | 0 |
3 | 0 | 1 | 0 | 0 | 0 | 0 |
4 | 1 | 1 | 0 | 0 | 0 | 0 |
5 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
Qrafları kompüterin yaddaşında saxlamaq üçün hər iki üsuldan, eləcə də başqa üsullardan istifadə olunur. Məsələn, verilmiş qrafın "qonşuluq siyahısı"nı Python dilində adjacency_list, onun təpələrinin sayını isə num_vertices kimi adlandırsaq, onda:
adjacency_list = [[1, 2, 4],
[0, 2, 3, 4],
[0, 1],
[1],
[0, 1],
[],
]
num_vertices = len(adjacency_list)
Bu qraf üçün "qonşuluq matrisi"ni adjacency_matrix kimi adlandırsaq, onda:
adjacency_matrix = [[0, 1, 1, 0, 1, 0],
[1, 0, 1, 1, 1, 0],
[1, 1, 0, 0, 0, 0],
[0, 1, 0, 0, 0, 0],
[1, 1, 0, 0, 0, 0],
[0, 0, 0, 0, 0, 0],
]
num_vertices = len(adjacency_matrix)