Hazırda dünyada 4000-dən artıq müxtəlif proqramlaşdırma dili mövcuddur ki, onların da böyük əksəriyyətindən, demək olar ki, istifadə olunmur. Bundan başqa, hazırda proqramların çox əhəmiyyətli hissəsi ümumi təyinatlı proqramlaşdırma dillərində deyil, xüsusi proqramlaşdırma alətlərində (məsələn, Visual Basic), yaxud proqram təminatının xüsusi növündə (məsələn, Maple) yerinə yetirilir.
Populyar proqramlaşdırma dillәrinin xronoqrafı
Adı | İli | Müәllifi | Yarandığı mәkan |
FORTRAN | 1954 | Con Bekus | ABŞ |
LISP | 1958 | Con Makkarti | ABŞ |
Algol 60 | 1960 | Piter Naur və b. | Müxtəlif ölkələr |
COBOL | 1960 | Müəlliflər qrupu | Müxtəlif ölkələr |
Simula | 1962 | Kristen Nüqaard və b. | Avropa |
BASIC | 1963 | Con Kemeni və b. | ABŞ |
PL/I | 1964 | Corc Radin | Müxtəlif ölkələr |
Algol 68 | 1968 | Aad van Veynqaarden və b. | Müxtəlif ölkələr |
Pascal | 1970 | Niklaus Virt | Avropa |
FORTH | 1970 | Çarlz Mur | ABŞ |
С | 1972 | Dennis Ritçi | ABŞ |
Smalltalk | 1972 | Alan Key | ABŞ |
Рrolog | 1973 | Alan Kolmero və b. | Avropa |
Ada | 1980 | Cin İşbia və b. | ABŞ |
C++ | 1984 | Börn Straustrup | ABŞ |
Python | 1991 | Qvido van Rossum | ABŞ |
Java | 1995 | Ceyms Hoslinq | ABŞ |
Təyinatına görə proqramlaşdırma dillərini təxmini belə qruplaşdırmaq olar: